HƏZRƏT MUHƏMMƏDİN (s.ə.s) CƏMİYYƏTDƏKİ ÜÇ ROLU

0

Həzrət Muhəmməd (s.ə.v.) insanlıq tarixində böyük uğurlara imza atmış bir liderdir. Ancaq İslam cəmiyyəti təəssüf ki, Həzrət Muhəmmədin (s.ə.v.) əsasən peyğəmbərlik yönünün bilir. Liderlik xüsiyyətlərini, cəmiyyət və ailə daxilindəki roluna çox təmas edilmir. Məhz bunu əsas alaraq Həzrət Muhəmmədin (s.ə.v.) cəmiyyət içərisindəki üç rolundan bəhs etməyi hədəflədik;

  1. Peyğəmbərlik; Həzrət Muhəmməd (s.ə.v.) son haqq din olan İslamı insanlara çatdırmaqla vəzifələndirilən peyğəmbərlərin sonuncusudur. Peyğəmbər olduğu ilk gündən ömrünün sonuna qədər peyğəmbərlik vəzifəsini layiqincə yerinə yetirmişdir. Bu gün Allah Təalanın buyuruğuna əsasən təməllərini atdığı İslam ümməti dünyada böyük bir kütləni təşkil edir.
  2. İnsan tərəfi; Həzrət Muhəmməd (s.ə.v.) hər şeydən öncə bir insandır. Cəmiyyətin içərisində gəzən, onlarla birlikdə işləyən, ailəsinin ruzisini qazanan bir insandır. Hətta Həzrət Peyğəmbərin (s.ə.v.) bu yönü hədis külliyatında da keçir. Belə ki, Qeys ibn Hazimin nəql etdiyinə görə bir kişi Həzrət Peyğəmbərin (s.ə.v.) yanına gəlir. Qarşısında duranda kişi qorxudan titrəməyə başlayır. Bunun üzərinə Həzrət Muhəmməd (s.ə.v.) həmin kişiyə belə buyurur: “Qorxma, sakit ol! Mən şah deyiləm. Mən ancaq Qureyş qəbiləsindən quru ət yeyən bir qadının oğluyam” (Hakim, Müstədrək; 4366). Bu rəvayət Həzrət Peyğəmbərin (s.ə.v.) əlçatmaz bir mövqedə olmadığını, cəmiyyətdən təcrid bir həyat yaşamadığını və bəzi güruhlar tərəfindən ucaldılıb fövqəlbəşər/insan üstü olmadığını göstərir.
  3. Ailə daxilindəki rolu; Həzrət Muhəmmədin (s.ə.v.) eyni anda icra etdiyi bir digər vəzifəsi ailə başçısı olmasıdır. O, yoldaşlarına qarşı sevgi dolu bir ər, övladlarına qarşı isə şəfqətli və qayğıkeş bir ata, nəvələrinə qarşı isə nəvazişkar bir babadır. Məsələn, bu mövzuyla bağlı Həzrət Aişənin (Allah ondan razı qalsın!) nəql etdiyi bu hədis çox əlamətdardır: “Mən Həzrət Peyğəmbərin (s.ə.v.) zövcələrindən heç birinə Xədicəyə olduğum qədər paxıllıq etməmişəm. Üstəlik, mən onu (Rəsulullahın hüzurunda) görməmişəm. Amma Rəsulullah (s.ə.v.) onun adını tez-tez çəkərdi. O, qoyun kəsib ətini tikə-tikə doğrayanda onu tez-tez Xədicənin dostlarına göndərirdi. Bəzən Allah Rəsuluna (s.ə.v.): “Sanki dünyada Xədicədən başqa qadın yoxdur!” deyirdim. Rəsulullah (s.ə.v.) onun xüsusiyyətlərini sadalayaraq “Mənim ondan övladlarım var idi” deyərdi. (Buxari, “Mənaqibul-Ənsar”, 20; Müslim, “Fədail əs-Səhabə”, 74-76. Həmçinin bax. Tirmizi, “Birr”, 70, “Mənaqib”, 70). Həzrət Peyğəmbərin (s.ə.v.) övladlarına qarşı olan münasibəti də bir çox tədqiqatçı tərəfindən kitablaşdırılmışdır. Ancaq burada bir hadisəyə yer verərək Həzrət Peyğəmbərin (s.ə.v.) övladlarının üzərinə necə titrədiyini göstərmək istəyirik. Belə ki, bir gün Həzrət Əli (Allah ondan razı qalsın!) Əbu Cəhlin qızı ilə evlənmək istəmiş və bunu eşidən Həzrət Peyğəmbər (s.ə.v.): “Əgər onunla evlənəcəksənsə, qızımızı (Həzrət Fatiməni) bizə qaytar” buyurmuşdur (Buxari, “Fəzail”, 16; Müslim, “Fəzail”, 2449; Təbərani; 1995, 5/280) Bu hədis Həzrət Peyğəmbərin (s.ə.v.) övladlarına qarşı nə qədər qayıkeş olduğunu göstərir. O, qızının xoşbəxtliyi və üzülməməsi üçün Həzrət Əlinin (Allah ondan razı qalsın!) Həzrət Fatimə (Allah ondan razı qalsın!) Həzrət Fatimə (s.ə.v.) sağ ikən ikinci dəfə evlənməsinə icazə vermir. Bu hadisə Rəsuli-Əkrəmin (s.ə.v.) yeri gəldiyində övladları üçün ciddi addımlar atdığını göstərir. Təəssüf ki, hədis qaynaqlarında keçən bu hadisə cəmiyyətimzə çatdırılmır.

Həzrət Peyğəmbəri (s.ə.v.) bu üç xüsusiyyətdən xali düşünmək və ya peyğəmbərliyini ön plana çıxarıb digər iki məziyyətini görməzdən gəlmək doğru deyildir. Yeri gəldiyində o, həm peyğəmbər, həm bir insan, həm də bir atadır. Bəzən də hər üç vəzifəni eyni anda icra etmişdir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Türk dövlətlərində mənəvi dəyərləri qorumaq üçün yol xəritəsi hazırlanmalıdır”

Türk dövlətlərində mənəvi dəyərləri qorumaq üçün "yol xəritəsi" hazırlanmalıdır. "Report" xəbər verir ki, bunu TDT baş katibinin müavini Ömer Kocaman...

Bağla