HƏMAS İSRAİLLƏ ATƏŞKƏS TƏKLİFİNƏ MÜSBƏT CAVAB VERİB

0

Fələstin hərəkatı HƏMAS vasitəçilərə İsraillə atəşkəs təklifinə müsbət cavab verib.

“Report”un məlumatına görə, bu barədə İsrailin “Ynet” xəbər portalı məlumat yayıb.

Portalın məlumatına görə, hərəkatın qərarı barədə növbəti saatlarda elan ediləcək.

Daha əvvəl HƏMAS öz telegram kanalında bildirmişdi ki, hərəkat İsraillə Qəzza zolağında atəşkəs barədə vasitəçilər vasitəsilə aparılan dolayı danışıqlarda aldığı təklifləri nəzərdən keçirir. HƏMAS müzakirə olunan təşəbbüslərin nədən ibarət olduğunu açıqlamayıb.

Bununla yanaşı, yaraqlılar israr edirlər ki, potensial razılaşma “Qəzzada atəşkəsin təminatını, İsrail qoşunlarının oradan çıxarılmasını və anklavа humanitar yardımın gətirilməsini” özündə ehtiva etməlidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GÜCLÜ KÜLƏKLƏ BAĞLI XƏBƏRDARLIQ EDİLİB

Azərbaycanda iyulun 3-dən 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və...

Bağla