“HƏR MƏSCİDDƏ KİTABXANA” LAYİHƏSİ DAVAM EDİR

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi uğurla başa çatıb.

Bu mərhələ çərçivəsində ölkənin şimal-qərb bölgəsində yerləşən Şəki, Balakən, Qax, və Zaqatala rayonlarındakı bir sıra məscidlərə kitablar təqdim olunub.

Layihənin əsas məqsədi məscidlərin yalnız ibadət məkanı kimi deyil, həm də maarifləndirici və ictimai fəaliyyətlərin aparıldığı mərkəzlərə çevrilməsinə töhfə verməkdir. Bu təşəbbüs milli-mənəvi və dini dəyərlərin daha geniş kütlələrə çatdırılmasına, xüsusilə, gənclərdə mütaliə vərdişlərinin gücləndirilməsinə xidmət edir.

Layihə çərçivəsində cari ilin sonunadək ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 250 məscidin kitabxana ilə təmin olunması planlaşdırılır. Təşəbbüsün növbəti illərdə də davam etdirilməsi,  hər il məscidlərə kitab rəfləri və ümumilikdə 100 adda 25 min kitabın çatdırılması nəzərdə tutulur. Nəşrlər yalnız dini mövzularla məhdudlaşmır, həmçinin fəlsəfə, tarix, ədəbiyyat sahələrini və Azərbaycanla yanaşı, dünya klassiklərinin əsərlərini də əhatə edir.

 Bu mərhələdə siyahıda adları göstərilən məscidlər kitabxana ilə təmin olunub:

             Şəki rayonu

Şəki şəhəri mərkəzi “Cümə” məscidi

Şəki şəhəri “İmam Əli” məscidi

Şəki rayonu Cəfərabad kənd məscidi

Şəki şəhəri “Ömər Əfəndi” məscidi

Şəki rayonu Daşüz kənd məscidi

Şəki rayonu İncə kənd məscidi

Şəki rayonu Şorsu kənd məscidi

Şəki rayonu Qudula kənd məscidi

Şəki rayonu Qoxmuq kənd məscidi

Şəki rayonu Baş Küngüt məscidi

Şəki rayonu Bideyiz kənd məscidi

Qax rayonu

Qax rayonu “Mərkəzi Cümə” məscidi

Qax şəhər məscidi

Qax rayonu Əmbərçay kəndi “Cümə” məscidi

Qax rayonu Qum kəndi “Cümə” məscidi

Zaqatala rayonu

Zaqatala şəhəri “Cümə” məscidi

Zaqatala rayonu Yuxarı Tala kənd məscidi

Zaqatala rayonu Muxax kənd məscid

Zaqatala rayonu Əliabad qəsəbəsi “Cümə” məscidi

Zaqatala rayonu Danaçı kənd məscidi

Zaqatala rayonu Car kənd məscidi

Zaqatala rayonu Göyəm kənd məscidi

Zaqatala rayonu Yolayrıc kənd məscidi

Zaqatala rayonu Üçüncü Tala kənd məscidi

Zaqatala rayonu Bəhmətli kənd məscidi

Zaqatala rayonu Mamrux kənd məscidi

Balakən rayonu

Balakən şəhəri “Mərkəzi Cümə” məscidi

Balakən rayonu Qabaqçöl qəsəbə məscidi

Balakən rayonu İtitala kənd məscidi

Balakən rayonu Cederovtala kənd məscidi

Balakən rayonu Katex kəndi “Mərkəzi” məscidi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AKKUYU AES TÜRKİYƏYƏ 50 MİLYARD DOLLAR TÖHFƏ VERƏCƏK

"Akkuyu" Atom Elektrik Stansiyasının (AES) fəaliyyətə başlaması ilə Türkiyənin ümumi daxili məhsulu 50 milyard dollar artacaq. "Report" "Habertürk"ə istinadən xəbər...

Bağla