Həsən Həsənov: Türk dövlətlərinin tarixi qədim dövrdən yazılmalıdır

0

Türk dövlətlərinin tarixi orta əsrlərdən deyil, qədim dövrdən etibarən yazılmalıdır.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin TDT Ağsaqqallar Şurasında səlahiyyətli nümayəndəsi Həsən Həsənov qurumun Bakıda keçirilən 18-ci iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, türk tarixinin qədim dövrdən yazılmasının daha məqsədəuyğun olması fikrini belə əsaslandırıb.

“Çünki islam dininin yayılmasından sonra türk dövlətləri arasında münaqişələr çoxalıb. İslamdan öncə isə belə deyildi. Bir növ, müharibəsiz və müstəqil fəaliyyət dövrü olub. Bu mənada, ortaq tarixə qədim dövrdən başlamaq türk xalqlarının tarixinin öyrənilməsi üçün ən əlverişli başlanğıcdır”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türk dövlətləri arasında qarşılıqlı ticarət dövriyyəsi cəmi 70 milyard dollardır

Türk dövlətlərinin ümumilikdə 1 trilyon dollardan çox ticarət dövriyyəsi olduğu halda, öz aralarındakı dövriyyə cəmi 70 milyard dollardır. "Report" xəbər verir...

Bağla