Hakan Fidan fransalı həmkarı ilə Qafqazda sülhün təmin olunmasını müzakirə edib

0

Türkiyənin xarici işlər naziri Hakan Fidan Parisə rəsmi səfəri çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barrot ilə görüşüb.

“Report”un Ankara bürosuna Türkiyə Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətindən verilən məlumata görə, nazirlərin görüşü zamanı bir çox məsələlərlə yanaşı, Qafqazda sülh və sabitliyin bərqərar edilməsi ilə bağlı müzakirələr aparılıb.

Görüşdə həmçinin ikitərəfli və regional məsələlər ətraflı müzakirə olunub. Avropanın yeni təhlükəsizlik sisteminin formalaşmasında Avropa İttifaqı (Aİ) üzvü olmayan ölkələrlə koordinasiyanın artırılmasının vacibliyinə toxunulub.

Türkiyə-Aİ münasibətlərindəki süni maneələrin aradan qaldırılması və Aİ-nin bu istiqamətdə konkret addımlar atması ilə əlaqədar Fransadan gözləntilər ifadə olunub.

Bundan başqa, H.Fidan Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasında Türkiyənin dəstəyi, Suriyanın yeni hakimiyyəti ilə əlaqənin genişləndirilməsi, PKK/YPG ilə mübarizənin vacibliyi, o cümlədən Suriyanın şimalındakı həbsxana və düşərgələrdə saxlanılan İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatına mənsub əcnəbilərin öz ölkələrinə qaytarılmalarının vacibliyi məsələlərinə də toxunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BÖLGƏLƏRDƏ KÜLƏKLİ VƏ YAĞINTILI HAVA ŞƏRAİTİ MÜŞAHİDƏ OLUNUR

Ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 9:00-a olan məlumatında...

Bağla