Hakan Fidan Rubio ilə Qəzza və Suriyadakı prosesləri müzakirə edib

0

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Qəzzada atəşkəsin qorunması və bölgəyə humanitar yardımın fasiləsiz çatdırılması üçün atılacaq addımlar müzakirə edilib.

Həmçinin, Şarm əş-Şeyxdə imzalanmış Niyyət Bəyannaməsinin həyata keçirilməsi ilə bağlı məsələlər də müzakirə olunub.

Bundan başqa, Suriyadakı proseslər, İranın nüvə proqramı ilə bağlı danışıqlara dair məsələlər, Rusiya ilə Ukrayna arasında müharibənin gedişi ilə bağlı da fikir mübadiləsi aparılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ HƏRBİ PARAD KEÇİRİLƏCƏK

Bakıda noyabrın 8-də Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, parada...

Bağla