Türkiyə İƏT-in potensialını ortaya qoymaq üçün lazımi addımlar atır və atmağa davam edəcək.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında danışıb.
O qeyd edib ki, üzv ölkələrin mövqeyinin artırılması istiqamətində işlər görülür.
Nazir İsrailin İrana hücumundan da söz açaraq bu gərginliyi qınadığını vurğulayıb: “Beynəlxalq hüququn işi gərginliyin genişlənməsinin qarşısını almaq olmalıdır. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində gərginliyi azaltmaq yolunda işlər görür”.