HAMAS: QƏZZA BLOKADA ALTINDAYKƏN İSRAİLLƏ DANIŞIQLAR MƏNASIZDIR

0

HAMAS: Qəzza blokada altındaykən İsraillə danışıqlar mənasızdır

HAMAS hərəkatının Qəzza zolağındakı lideri Xəlil əl-Həyya bəyan edib ki, İsraillə atəşkəs barədə danışıqları blokada şəraitində davam etdirməyin mənası yoxdur.

Apa xəbər verir ki, bu barədə o, HAMAS-ın Telegram kanalında məlumat yayılıb.

Əl-Həyya bildirib ki, danışıqların davam etdirilməsi üçün əvvəlcə nəzarət-buraxılış məntəqələri açılmalı, Qəzzaya humanitar yardımın çatdırılması təmin olunmalıdır:

“Uşaqlarımızın, qadınlarımızın və xalqımızın aclıq və soyqırımı ilə üz-üzə qaldığı blokada şəraitində danışıqları davam etdirməyin heç bir mənası yoxdur. Xalqımıza dərhal ərzaq və dərman təminatı danışıqların məqsədəuyğunluğunun yeganə ciddi və real göstəricisidir”, – deyə HAMAS nümayəndəsi vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ YERLƏRƏ LEYSAN YAĞIR

Bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, iyulun...

Bağla