HAVA 38 DƏRƏCƏ İSTİ OLACAQ

0

Azərbaycanda avqustun 24-də havanın 38 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Zəngəzur Dəhlizindən 30 illik proqnozla 147,6 milyard əldə edəcəyimizi hesablamışıq”

Türkiyənin 30 illik proyeksiya çərçivəsində Zəngəzur dəhlizindən proqnozlaşdırdığı gəlirin həcmi açıqlanıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə...

Bağla