HAVADA TOZ MÜŞAHİDƏ OLUNUR

0

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.3-1.4 dəfə artıqdır.

Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şimal-şərq küləkləri vasitəsilə Xəzər dənizi üzərindən cənub istiqamətli hava axını ilə ölkə ərazisinə daxil olur.

Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə şirkətlərinin Azərbaycanda icra etdiyi layihələrin dəyəri açıqlanıb

İndiyə qədər Türkiyənin podratçı şirkətləri Azərbaycanda 21 milyard ABŞ dolları dəyərində 552 layihə icra ediblər. Bunu Türkiyənin ticarət nazirinin müavini...

Bağla