HAVANIN YAĞIŞLI KEÇƏCƏYİ GÖZLƏNİLİR

0

Azərbaycanda oktyabrın 17-də havanın yağışlı keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16, gündüz 18-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 18-22, dağlarda gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Euronews” TDT-nin Dövlət Başçıları Şurasının Qəbələdəki toplantısı ilə bağlı reportaj hazırlayıb

"Euronews" telekanalı Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü ilə bağlı reportaj hazırlayıb. "Report"un xəbərinə...

Bağla