İƏT XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR BƏYANAT YAYIB

0

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.

Sənəddə İƏT-in Baş katibi Hissein Brahim Taha həyatını itirənlərin xatirəsini ehtiramla anıb.

Taha Xocalı faciəsinin Ermənistan tərəfindən Azərbaycanın işğal olunan ərazilərində həyata keçirilən qanunsuz işğalın nəticəsi olduğuna diqqət çəkib.

Təşkilat rəhbəri 2013-cü ildə Qahirədə keçirilmiş İslam Zirvə Toplantısının 12-ci sessiyasında qəbul edilmiş Qahirə Yekun Bəyannaməsinə (117-ci bənd) və 2024-cü ildə Kamerunun Yaunde şəhərində təşkil olunmuş İƏT Xarici İşlər Nazirləri Şurasının 5-ci sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qətliamının qurbanları ilə həmrəylik haqqında” 47/50-POL saylı Qətnaməyə istinad edərək Xocalıda yerli sakinlərə qarşı törədilmiş kütləvi zorakılıqları müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırımı olaraq qiymətləndirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞƏKİ VƏ ŞİRVANDAKI BƏZİ MƏSCİDLƏRƏ DİN XADİMLƏRİ SEÇİLİB

Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) fevralın 26-da vakant vəzifələrin tutulması üçün keçirilən müsahibənin nəticələri açıqlanıb. Bu barədə Dini...

Bağla