İDRAKIN DƏRƏCƏLƏRİ

0

İnsan davranışları üç əsas təməl üzərində qurulur: duyğu, düşüncə və fəaliyyət. Duyğular insanın iç dünyasından gələn impulslarla hərəkətə keçməsini təmin edir. Düşüncə bu duyğuları süzərək doğru qərar verməyə kömək edir. Fəaliyyət isə duyğu və düşüncənin zahirə çıxmış formasıdır. Bu üç təməl birlikdə insanın niyyətini, seçimlərini və nəticələrini formalaşdırır. Sağlam davranış üçün bu üç sahənin ahəngli işləməsi vacibdir. Qurani-Kərimdə bu üç təməl izah olunur: Qarun öz zənginliyi ilə insanlara özünü göstərdiyi zaman, insanlar iki qrupa ayrıldılar:

  • Birinci qrup – Qarunun ehtişamına heyran qalanlar: “Kaş bizə də Qaruna verilən kimi verilsəydi! O, çox bəxtəvərdir!” (Qasas, 79).
  • İkinci qrup – Elm əhli olanlar: “Vay halınıza! İman gətirib yaxşı əməl görən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar.” (Qəsas, 80) Bu ayələr göstərir ki, duyğulara qapılanlar peşman oldular, düşünərək davrananlar isə hikmətli seçim etdilər.

Musa əleyhissalam bir İsrailli tərəfindən köməyə çağırıldığında, əvvəlcə ağlını və qəlbini işə saldı: “Ey İsrailli! Sən, həqiqətən də, açıq-aşkar bir azğınsan.” (Qəsas, 18). Bu cavab göstərir ki, Musa peyğəmbər duyğularına qapılmadan, haqsızlığı araşdıraraq münaqişəni sonlandırmağa çalışdı. Əgər o, düşünmədən hərəkət etsəydi, zalımlığa yol açmış olardı.

  • Zəka – Allah tərəfindən anadangəlmə verilmiş qabiliyyətdir.
  • Ağıl – Sonradan kəskinləşən və insanın səadətə qovuşması üçün istifadə edilən bacarıqdır (Nəxl, 78).
  • Vicdan – insanın mənəvi orqanlarını birləşdirən və nəzarət edən körpüdür. Ruh vicdan vasitəsilə qəlbdən öz sədasını yayır. Vicdanın səsi, insanın doğru ilə yanlışı ayırmasında mühüm rol oynayır.

İnsanın səviyyə qazanması üçün idrak qabiliyyəti yüksəlməlidir. İdrak üç mərhələdə inkişaf edir: İnsan,

  • Beyin idrakı ilə özünü tanıma yolunda “mən kiməm?”,
  • Zəka idrakı ilə ətraf mühiti (dünyanı) qavrama yolunda “bu dünyada nə etməliyəm?”,
  • Ağıl idrakı ilə axirətə yönəlmə yolunda “haraya üz tutmuşam?” suallarına cavab axtarmalıdır. Bu mərhələlərdən sonra isə;
  • İzan (dərin idrak) başlayır. Bu mərhələdə insan Allahı idrak etməyə çalışır, lakin tam mənada qavramaq mümkün olmur. Bu yolçuluq ölümdən sonra davam edir.

Qurani-Kərimdəki misallar göstərir ki, düşünərək, vicdanla və ağıl idrakı ilə hərəkət edən insan doğru yolda olur. Axirətə yönəlmiş idrak, insanın həyatını mənalandırır və onu Allah rizasına aparan istiqamətə yönəldir.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Mərkəzi Asiya üzrə regional nümayəndəliyinə azərbaycanlı rəhbər təyin edilib

Mahir Səfərli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinə rəhbər təyin edilib. "Report" xəbər verir ki,...

Bağla