İlham Əliyev: Son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib

0

Azərbaycan Prezidenti İlham Əliyev son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirildiyini bildirib.

“Report”un məlumatına görə, Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edən dövlət başçısı qeyd edib ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil.

“Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib”, – Prezident İlham Əliyev deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TDT yaxın regionlarda baş verən müharibələrlə bağlı mövqe nümayiş etdirməlidir

Türk Dövlətləri Təşkilatının yaxın regionlarda baş verən müharibə və gərginliklərlə bağlı mövqe nümayiş etdirməsi önəmlidir. Report xəbər verir ki, bunu...

Bağla