ISESCO ŞUŞA İRSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ İŞLƏRİNƏ BAŞLAYIB

0

ISESCO Şuşadakı irsin qiymətləndirilməsi üçün işlərə başlayıb.

Bunu ISESCO-nun İnsan və Sosial Elmlər Sektorunun Rəhbəri Ramata Almamy Mbaye Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın “Mədəni irsin qorunması və bərpası” adlı panel sessiyasında deyib.

O deyib ki, mədəni irsin qorunması və mühafizəsi üçün zaman yetişib:

“Xüsusilə münaqişə dövrlərində onları qorumaq lazımdır. Bu irs xalqları bir araya gətirərək şövq edən varlıqdır. Azərbaycanın ev sahibliyi etdiyi COP29-da da bu təşəbbüslə ISESCO çıxış etdi”.

Onun sözlərinə görə, ISESCO son zamanlar Şuşadakı irsin qiymətləndirilməsi üçün işlərə başlayıb:

“Bu irsin islam dünyası üçün nə qədər dəyərli olub-olmamasını qiymətləndirmək lazımdır. Burada həmçinin ədalətin bərqərar edilməsindən söhbət gedir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Dini müstəvidə ideoloji təhlükəsizlik: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib

Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Xaçmazda “Dini müstəvidə ideoloji təhlükəsizlik: çağırışlar və perspektivlər” mövzusunda regional...

Bağla