İSLAMOFOBİYA İLƏ BAĞLI FİLMLƏR HAZIRLANIR

0

İslamofobiya ilə bağlı filmlər hazırlanır.

Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən tədbirlə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunların hər biri beynəlxalq təşkilatlara göndəriləcək:

“Eyni zamanda hər il kitablar çap olunur və bunlar məlumatlılığı artırmaq üçün aidiyyəti üzrə bir çox mərkəzlərə göndərilir”.

R.Həsənov həmçinin bildirib ki, islamofobiya ilə bağlı tədbirə gələcək iştirakçıların 60-70 faizi müsəlman ölkələrindən deyil:

“Konfransda yalnız İslam-müsəlman icması yox, həmçinin xristian, yəhudi və digər dinlərin daşıyıcıları da iştirak edəcəklər. Bu, dini yox, elmi bir konfransdır və məqsəd dinə yönələn təzyiqlərin aradan qaldırılmasıdır”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA YAĞIŞ, RAYONLARDA QAR YAĞACAQ

Bakıda və Abşeron yarımadasında mayın 24-də gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata...

Bağla