İSRAİL AVQUSTDAN BƏRİ QƏZZA ŞƏHƏRİNDƏ 1250 BİNANI DAĞIDIB

0

İsrail Müdafiə Qüvvələri Fələstin anklavının ən böyük əhali mərkəzinə nəzarəti ələ keçirmək üçün avqust əməliyyatı başlayandan bəri Qəzza şəhərində təxminən 1250 binanı dağıdıb.

Bu barədə “Report” “The Jerusalem Post” nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, əməliyyatlarda 200-dən az radikal məhv edilib.

Dağıdılan binaların təxminən üçdə biri İsrail ordusu tərəfindən sırf hərbi hədəflər, yarısı isə radikallar tərəfindən dəyişdirilən obyektlər kimi təsnif edilib. Məsələn, bəzilərində müşahidə kameraları quraşdırılıb.

Ordudakı mənbə nəşrə bildirib ki, hətta bir müşahidə kamerasına görə çoxmərtəbəli bina dağıdılıb. Bəzi binalar aydın təsnifata uyğun gəlməyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN TRAMPIN QƏZZA İLƏ BAĞLI SÜLH PLANINI ALQIŞLAYIR

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Qəzza bölgəsində münaqişəyə son qoyulması üçün hərtərəfli planın elan edilməsini alqışlayıb....

Bağla