İSRAİL QƏZZAYA HAVA ZƏRBƏLƏRİ ENDİRİB

0

İsrailin Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir sıra ərazilərinə hava zərbələri endirib.

“Report”un məlumatına görə, bu barədə “Al Jazeera” telekanalı xəbər yayıb.

Məlumata görə, hədəflərdən biri şəhərin şimalındakı “Aş-Şifa” Tibb Mərkəzi olub.

Qəzza şəhərinin cənubundakı əl-Sabra yaşayış məntəqəsində bir evə hava hücumu nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı bildirilir.

Əlavə məlumat verilmir.

“Al Mayadeen” telekanalı da öz növbəsində Qəzzanın qərbində yerləşən Əş-Şati qaçqın düşərgəsinə zərbə endirildiyini xəbər verib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə Milli Olimpiya Komitəsi Azərbaycan MOK-la əməkdaşlığın daha da möhkəmlənəcəyinə inanır

Türkiyə Milli Olimpiya Komitəsi Azərbaycan MOK-la əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə inanır. "Report"un məlumatına görə, bu barədə qardaş ölkənin Milli...

Bağla