İSRAİLİN QƏZZAYA ENDİRDİYİ ZƏRBƏLƏR NƏTİCƏSİNDƏ 20-DƏN ÇOX İNSAN ÖLÜB

0

Qəzza zolağının mərkəzi və cənub rayonlarına İsrail Silahlı Qüvvələrinin endirdiyi zərbələr nəticəsində 20-dən çox insan həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Al-Jazeera” telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb.

“İsrailin aprelin 2-də Qəzza zolağının mərkəzi və cənub rayonlarına hücumları nəticəsində 21 nəfər həlak olub”, – telekanal bildirib.

Məlumata görə, Xan-Yunis və Rəfah şəhərlərindəki yaşayış evlərinə və qaçqın çadırlarına da zərbələr endirilib.

İsrailin müdafiə naziri İsrael Katz ordunun Qəzza zolağında əməliyyatlarının genişləndirildiyini qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN ORDUSUNUN APREL QƏLƏBƏSİNDƏN 9 İL ÖTÜR

Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan tarixi döyüşlərin başlanmasından...

Bağla