İSTANBULDA “AZƏRBAYCAN KİNOSU GÜNLƏRİ” KEÇİRİLİB

0

Türkiyənin İstanbul şəhərində “Azərbaycan kinosu günləri” keçirilib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə son illərdə istehsal olunan filmlər nümayiş etdirilib.

Kino günlərinin açılış mərasimində çıxış edən Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov deyib ki, layihə üzrə Bahçeşehir Universiteti, İstanbul Universiteti və “Atlas” kinoteatrında müvafiq olaraq Elxan Cəfərovun “Cənnət yuxusu”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və Mirbala Səlimlinin “Qırmızı bağ” filmləri türkiyəli kinosevərlərə təqdim olunub

Qardaş ölkənin tanınmış kino xadimlərinin də izlədiyi hər üç film maraqla qarşılanıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsinin rəsmiləri ilə görüşü olub, əməkdaşlıq barədə müzakirələr aparılıb.

Məlumat üçün qeyd edək ki, kino günləri Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə həyata keçirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AİLƏMİZ VƏ PSİXOLOGİYAMIZ

Ailə inistitutu, cəmiyyətin davamlılığını, mədəniyyətini və ənənələrini, yeni nəsillərin təhsili və fərdi ehtiyaclarını təmin edən ən unikal qurumdur. Bu inistitutun...

Bağla