Səudiyyə Ərəbistanı hicri 1447-ci ilin əvvəlində Kəbənin örtüyünü yenilədi.
Səudiyyə Ərəbistanında Məscidül-Həram və Məscidi-Nəbəvi İşləri üzrə Baş İdarədən verilən açıqlamada, 154 nəfərlik ekspert qrupu tərəfindən Kəbənin örtüyünün dəyişdirildiyi bildirilib.
47 hissədən ibarət, 1415 kiloqramlıq örtüyün dəyişdirmə prosesi saatlarla davam edib. Kəbənin örtüyünün hazırlanmasında təxminən 825 kiloqram xalis ipək və 180 kiloqram gümüş və qızıl istifadə olunub.
Yenisi ilə əvəz edilən köhnə örtük zəmzəm suyu ilə yuyularaq muzeylərdə nümayiş olunmaq üçün İslam ölkələrinə göndərilir.
Gümüş və qızıldan hazırlanmış Kəbə örtüyünün kəmər hissəsində Quran ayələri var.
Kəbə örtüyü Məkkədə Kral Əbdüləziz Kisva Kompleksində istehsal olunur. Kompleksdə 200-ə yaxın usta və inzibati heyət çalışır. Dünyanın ən böyük kompüterlə işləyən tikiş maşını da var ki, onun uzunluğu 16 metrdir. Səudiyyə Ərəbistanı hər il Zilhiccə ayının 9-u, Ərəfə günü Kəbənin örtüyünü dəyişdirirdi, lakin bu 2022-ci ildə dəyişdirildi və örtüyü yeniləmə prosesi hicri ilin ilk gününə, 1 Məhərrəmə keçirildi.