KƏRİM VƏLİYEV İSTANBUL VƏ KONYADAKI BEYNƏLXALQ HƏRBİ TƏLİMLƏRİ İZLƏYƏCƏK

0

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyəyə səfərə gedib.

“Report” xəbər verir ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvəti ilə İstanbul şəhərinə yola düşüb.

Səfər proqramına əsasən, Azərbaycan nümayəndə heyətinin əvvəlcə İstanbul şəhərində “Sülhün Müdafiəçisi – 2025” beynəlxalq təlimini izləməsi, sonra isə Konya şəhərində “Anadolu Qartalı – 2025” beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirakı planlaşdırılıb.

Qeyd edək ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyevin Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşü də nəzərdə tutulub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA GÜCLÜ KÜLƏK BARƏDƏ XƏBƏRDARLIQ EDİLİB

İyunun 26-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bununla...

Bağla