KAHRAMANMARAŞDA AZƏRBAYCAN MƏHƏLLƏSİNDƏKİ EVLƏRİN İNŞASI YEKUNLAŞIB

0

Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi”nin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarında tikinti işləri yekunlaşıb.

“Report”un əldə etdiyi məlumata görə, müasir memarlıq üslubunda inşa edilən evlər günəş panelləri ilə təchiz olunub.

Dörd kvartalda yerləşən 26 yaşayış binası qarşıdakı günlərdə sahiblərinə təhvil veriləcək. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

Yeni yaşayış massivi təkcə evlərdən ibarət deyil. Ərazidə müxtəlif ticarət və sosial obyektlər, parklar, istirahət yerləri, uşaq meydançaları da var.

Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə səfiri Mətbuat Şurasının sədri ilə kommunikasiya sahəsində əməkdaşlığı müzakirə edib

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Mətbuat Şurasının sədri Rəşad Məcidlə kommunikasiya sahəsində əməkdaşlığı müzakirə edib. Bu barədə Türkiyənin Bakıdakı diplomatik...

Bağla