Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin açılacağı tarix məlum olub

0

Türkiyənin Kahramanmaraş şəhərində iyunun 19-da “Azərbaycan məhəlləsi”nin açılışı olacaq.

Bu barədə “Report”un Türkiyə bürosuna açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım məlumat verib.

Millət vəkili xatırladıb ki, 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində baş verən dağıdıcı zəlzələdən sonra Prezident İlham Əliyevin tapşırığı ilə dərhal qardaş ölkəyə kömək üçün bütün imkanlar səfərbər olunub:

“Eyni zamanda, dağıntıya məruz qalan ərazidə “Azərbaycan məhəlləsi”nin inşasını da Azərbaycan öz üzərinə götürüb. Ona görə də “Azərbaycan məhəlləsi” iki qardaş ölkə arasında dostluq və həmrəyliyi daha da gücləndirən bir simvola çevrilib”.

Ş.Ayrım yüksək səviyyəli açılış mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirak edəcəklərinin gözlənildiyini də vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN ƏHALİSİNİN SAYI AÇIQLANIB

Ölkə əhalisinin sayı ilin əvvəlindən 11338 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il may ayının 1-i vəziyyətinə 10 milyon...

Bağla