“Kahramanmaraşdakı Azərbaycan məhəlləsində 49 min 56 iş və yaşayış yeri inşa olunub”

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən “Azərbaycan məhəlləsi” barədə paylaşım edib.

“Report” xəbər verir ki, Prezident “X” sosial media hesabında etdiyi paylaşımda zəlzələ bölgəsində salınan məhəllədəki mənzillər və digər infrastruktur barədə məlumat verib.

Onun sözlərinə görə, məhəllədə 49 min 56 iş və yaşayış yeri inşa olunub.

Ərdoğan qeyd edib ki, bununla da zəlzələdən sonra təhvil verilən mənzil sayı 250 minə çatıb.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə mərkəzi Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələlər baş verib. Zəlzələ nəticəsində 50 mindən çox insan həyatını itirib, 100 mindən çox adam isə müxtəlif bədən xəsarətləri alıb. Fəlakət zamanı ümumilikdə 38 min 901 bina dağılıb.

https://x.com/i/status/1935593440277942297

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YAŞAR GÜLƏR: AZƏRBAYCANIN GÜCÜ BİZİM GÜCÜMÜZDÜR

Azərbaycanın gücü Türkiyənin gücüdür. “Report”un Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri general Yaşar Gülər deyib. Nazir qeyd...

Bağla