Kanada Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir

0

Ottava Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Kanada hökumətinin başçısı Mark Karni məlumat verib.

“Kanada İsrail və Fələstin xalqları üçün sülh və təhlükəsizliyə zəmanət verən iki dövlət prinsipini dəstəkləyir”, – Karni “X”də yazıb.

O, qeyd edib ki, Ottava bu məqsədə nail olmaq üçün bütün təşkilatlarda, o cümlədən BMT-nin bu məsələyə həsr olunmuş konfransında xarici işlər nazirlərinin görüşündə fəal çalışacaq.

Baş nazir əlavə edib ki, Kanada İsrail hökumətinin Qəzza zolağında humanitar vəziyyətin sürətlə pisləşməsinin qarşısını ala bilməməsini pisləyir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ MEŞƏ YANĞINLARI İLƏ MÜBARİZƏDƏ 10 NƏFƏR ÖLÜB

Türkiyənin Eskişehir vilayətində davam edən meşə yanğınlarına müdaxilə edən on işçi ölüb. Bu barədə kənd və meşə təsərrüfatı naziri İbrahim...

Bağla