KİV: Beynəlxalq qüvvələr Qəzza zolağında oktyabrın 12-də yerləşdiriləcək

0

Beynəlxalq qüvvələr atəşkəs rejiminə nəzarət etmək üçün Qəzza zolağına oktyabrın 12-də yerləşdiriləcək.

“Report” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Rəsminin sözlərinə görə, ABŞ hərbçilərinin də daxil olacağı bu qüvvələr atəşkəs rejiminə nəzarət edəcək. O, ABŞ hərbçilərinin Qəzzaya gəlişinin bazar günü səhər baş tutacağını vurğulayıb.

Qeyd edək ki, ABŞ qoşunlarının sülh sazişinin icrasına nəzarət etmək üçün İsrailə gəlişi artıq başlayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KİV: HƏMAS OKTYABRIN 13-DƏ GİROVLARI AZAD EDƏCƏK

Fələstinin HƏMAS hərəkatı bazar günü 12 oktyabrdan bazar ertəsi - 13 oktyabr saat 6:00-dək (Bakı vaxtı ilə saat 7:00-da) bütün...

Bağla