KİV: İSRAİL QƏZZANI TAMAMİLƏ İŞĞAL ETMƏYƏ HAZIRLAŞIR

0

İsrail hökuməti Qəzza zolağının tam işğalı planlarını təsdiqləməyə hazırlaşır.

“Report”un xəbərinə görə, bu barədə “Ynet” portalına Netanyahunun komandasında təmsil olunan yüksək rütbəli rəsmilər məlumat verib.

“Biz Qəzza zolağının tam işğalına doğru irəliləyirik”, – deyə onlar bildirib.

Nəşr qeyd edir ki, İsrail hərbi rəhbərliyi, o cümlədən İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir belə bir qərarın əleyhinədir.

“Döyüş əməliyyatları hətta girovların saxlanıldığı ərazilərdə aparılacaq. Əgər bu, Baş Qərargah rəisinə uyğun gəlmirsə, o, istefa verə bilər”, – rəsmilərdən biri deyib.

Portalın məlumatına görə, Netanyahu tezliklə Nazirlər Kabinetinə orduya Qəzzanı tamamilə işğal etmək əmrinin verilməsi təklifini təqdim edə bilər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜN AZƏRBAYCAN HƏRBİ DONANMASI GÜNÜDÜR

5 Avqust – Azərbaycan Hərbi Donanması Günüdür. Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb. Belə ki, 1919-cu...

Bağla