KİV: SON 24 SAATDA QƏZZADA TƏXMİNƏN 100 NƏFƏR ÖLÜB

0

Son 24 saatda İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 98 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Telekanala görə, son 24 saat ərzində daha təxminən 300 nəfər yaralanıb.

Qəzza Səhiyyə Nazirliyinin statistikasına görə, İsrailin martın 18-də bölgədə döyüş əməliyyatlarını bərpa etdiyi vaxtdan 3 427 nəfər öldürülüb, 9 647 nəfər yaralanıb. 2023-cü ilin oktyabrında Fələstin – İsrail münaqişəsinin kəskinləşməsindən bəri ölənlərin sayı 53 573-ə, yaralananların sayı isə 121 688 nəfərə çatıb.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edərək anklava kütləvi zərbələr endirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA HAVA YAĞMURSUZ OLACAQ

Bakıda və Abşeron yarımadasında mayın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən...

Bağla