KÜLƏKLİ HAVA BARƏDƏ XƏBƏRDARLIQ EDİLİB

0

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 8-i axşamdan 11-i gündüzədək küləkli hava gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Xızı, Qobustan, Cəlilabad, Biləsuvar, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, İmişli, Beyləqan, Zərdab, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Şirvan, Salyan, Neftçala, Saatlı, Ağcabədidə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ G20 DİNLƏRARASI FORUMUNDA İŞTİRAK EDƏCƏK

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 10-da G20 Dinlərarası Forumunda iştirak etmək üçün Cənubi Afrikanın paytaxtı Keyptaun...

Bağla