Mənəvi Dəyərlərin Təbliği Fondu məscidlərdə “Hər məsciddə kitabxana” layihəsinə başlayır

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu məscidlərdə “Hər məsciddə kitabxana” layihəsinə başlayır.

Layihənin məqsədi məscidlərin maarifləndirici rolunu gücləndirmək, milli-mənəvi və dini dəyərləri, icma üzvləri, xüsusilə gənclər arasında mütaliə mədəniyyətinin formalaşmasını təşviq etməkdir. Kitabxanaların yaradılması məscidlərin sosial və mədəni funksiyalarını zənginləşdirməklə, onların yalnız dini ibadət yeri kimi deyil, eyni zamanda elm və maarifləndirmə məkanı kimi fəaliyyətini təbliğ edəcək.

Layihə 250 şəhər, qəsəbə və kənd məscidini əhatə edəcək. Fond tərəfindən il ərzində dini ibadətgahlara kitab rəflərinin və 100 adda olmaqla ümumilikdə 25 min kitabın təqdim edilməsi nəzərdə tutulur. Məscidlərə veriləcək kitablar elmin müxtəlif istiqamətləri, o cümlədən fəlsəfə, tarix, ədəbiyyat, eləcə də Azərbaycan və dünya klassiklərinin əsərləri və dini təyinatlı nəşrlərdən ibarət olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GÜNƏŞDƏ GÜCLÜ ALIŞMA BAŞ VERİB

Günəşdə X sinifinə aid güclü alışma qeydə alınıb. “Report”un məlumatına görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. “İyunun...

Bağla