Ramazan ayının gəlişi ilə idman sahəsində də müəyyən həssaslıqlar ön plana çıxmağa başlayıb.
Oruc tutanlar və dini vəzifələrini yerinə yetirənlər arasında futbolçularla yanaşı azarkeşlərlər də var.
Bunu nəzərə alaraq, İngiltərənin iri futbol komandalarından olan “Mançester Yunayted” müsəlman azarkeşləri tərəfindən bəyənilən bir addım atıb.
Komanda, Ramazan ayını qeyd etmək üçün öz stadionları olan “Old Trafford”da “Stretford End” tribunalarının arxasında “inanc otağı” açıb.
Bildirilib ki, inanc otağının açılmasında məqsəd Ramazan ayı ərzində fanatların rahat şəkildə namazlarını qılmasını təmin etmək olub.
“Mançester Yunayted”in müsəlman azarkeşləri bu hərəkətdən sonra kluba təşəkkür ediblər.
Bu addım sosial mediada bəyənilib və bu barədə çoxlu müsbət şərhlər yazılıb.