Milli mətbuatın 150 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb

0

Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.

Bu barədə “Report”a Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.

Bildirilib ki, “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusunda 19-21 iyul tarixlərində keçirilən 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Medianın İnkişafı Agentliyi və “Azərpoçt” MMC tərəfindən birgə hazırlanan poçt markasının təqdimat və möhürlənmə mərasimi keçirilib.

Mərasimdə poçt markasının medianın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq dövriyyə buraxıldığı qeyd olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan Zəngəzur dəhlizi haqqında: Konsensus yolu ilə bu məsələni həll edə bilərik

Zəngəzur dəhlizinin açılması ticarəti canlandıracaq və konsensus yolu ilə bu məsələ həll edilə bilər. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan...

Bağla