MİRZOYAN TÜRKİYƏNİN XÜSUSİ NÜMAYƏNDƏSİ SERDAR KILIÇLA GÖRÜŞÜB

0

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçı qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “X” hesabında yazıb.

Xatırladaq ki, bu gün Ermənistanda iki ölkənin münasibətlərin normallaşdırılması üzrə nümayəndə heyətlərinin görüşü keçirilib. Danışıqların yekunları üzrə tərəflər Gümrü-Qars dəmir yolunun və elektrik ötürücü xəttinin bərpası və istismarı üçün zəruri texniki araşdırmaların aparılması barədə razılığa gəliblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Kürşat Zorlu: Zəngəzur dəhlizi açıldıqdan sonra bölgə sabitlik və güvənin mühüm mərkəzinə çevriləcək

Naxçıvan həm Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində, həm də Azərbaycan–Türkiyə münasibətlərində xüsusi əhəmiyyət daşıyan mərkəzdir. "Report"un Naxçıvan bürosu xəbər verir...

Bağla