MİSİR XİN: QƏZZA İLƏ BAĞLI DANIŞIQLARDA İRƏLİLƏYİŞ VAR

0

Misirin xarici işlər və emiqrasiya məsələləri üzrə naziri Bədr Əbdül Ati Qəzzadakı vəziyyətin nizamlanması səylərində əhəmiyyətli irəliləyiş olduğunu açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı bildirib.

Əbdül Ati vurğulayıb ki, Misir Qətər və ABŞ ilə birlikdə atəşkəsə nail olmaq, humanitar yardım çatdırmaq, girov və məhbusları azad etmək üçün fəal vasitəçilik edir.

Nazir qeyd edib ki, bu istiqamətdə mühüm irəliləyiş Qahirədə Fələstin nümayəndə heyəti ilə aparılan, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun HƏMAS hərəkatı tərəfindən də bəyənilən təklifi ilə bağlı son məsləhətləşmələrdə də öz əksini tapıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hikmət Hacıyev Türkiyə səfiri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Bu...

Bağla