Mömin kişilərə de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz bir davranışdır. Şübhəsiz ki, Allah onların etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Öz-özlüyündən görünən qisimlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə örtsünlər. (Nur 30-31)
Bir kimsə zərurət olmadıqca naməhrəm birinin övrət yerlərinə baxa bilməz. Qulluğa möhtac olan insana məhrəm olan yaxınları tərəfindən kömək edilməlidir. Əgər belə yaxını yoxdursa ona məhrəm olan insanlar tərəfindən xidmət göstərilməsi şərtdir. Əgər bu da olmazsa, o zaman qarşı cinsdən olan birinin ona qulluq etməsi zəruridir. Bu halda qulluq edənin möhtac olan insanın övrət yerinə baxmasında (lazımi hallarda) dini olaraq problem yoxdur.