Nazir: Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsi fəaliyyət göstərəcək

0

Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsi fəaliyyət göstərəcək.

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, 2030-cu ilə qədər universitetin Musiqi fakültəsi Şuşada, Kənd təsərrüfatı fakültəsi isə Xocalıda fəaliyyətə başlayacaq.

“Qarabağ Universiteti Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasından sonra yaradılan ilk universitetdir. Bu universitetin mahiyyəti tələbələridir. Şəhərin bərpasında və inkişafında tələbələrin rolu böyükdür, odur ki, buranı seçən tələbələrə təşəkkür düşür. Çünki buradakı tələbələr başqa universitetləri də seçə bilərdilər. Hüquq fakültəsinə qəbul olanlar 600 baldan çox yığan tələbələrdir”, – E.Əmrullayev əlavə edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HULUSİ AKAR: KİMSƏ AZƏRBAYCAN VƏ TÜRKİYƏYƏ TƏRS BAXA BİLMƏYƏCƏK

44 günlük müharibədən sonra şanlı Azərbaycan bayrağı Şuşada, Qarabağda şərəflə dalğalanır. Bunu Türkiyə Böyük Millət Məclisinin Milli (TBMM) Müdafiə komissiyasının...

Bağla