Parlamentdə ölkədəki dini durumla bağlı ictimai müzakirə və dinləmələr keçiriləcək

0

Milli Məclisdə ölkədəki dini durumla bağlı ictimai müzakirə və dinləmələr keçiriləcək.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyası üzrə İş planına əsasən, sessiya müddətində altı dinləmənin keçirilməsi nəzərdə tutulur.

İctimai dinləmələr ictimai birliklərin və siyasi partiyaların mövcud durumu, ölkədəki dini durum, dini abidələrin vəziyyətinə həsr ediləcək.

Həmçinin komitə vətəndaş cəmiyyəti institutlarının Qərbi Azərbaycana qayıdış mövzusunu beynəlxalq platformalara daşıması məsələləri, işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin durumu, bərpası ilə bağlı qarşıya çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimai rəyə çatdırılması imkanlarının müvafiq komitələrlə birgə ictimai müzakirəsini də plana daxil edib.

Komitənin bugünkü iclasında müzakirəyə çıxarılan İş planı qəbul olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNDA İCLAS KEÇİRİLİB

Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahında təşkilatın Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli İclas keçirilib. Bu barədə Fonddan...

Bağla