Paşinyan: Türkiyə ilə münasibətlərin normallaşması üçün artıq heç bir maneə yoxdur

0

Ermənistan-Türkiyə sərhədinin açılması və ölkələr arasında diplomatik münasibətlərin qurulması zaman məsələsidir.

“Report” “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda bildirib.

“Bunun üçün indi heç bir ciddi maneə yoxdur. Bunun nə qədər tez baş verəcəyini deyə bilmərəm”, – Baş nazir vurğulayıb.

Hökumət başçısı əmindir ki, Ermənistan və Türkiyə siyasi və iqtisadi əməkdaşlıq quracaq və tərəflər arasında normal qonşuluq münasibətləri yaranacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir

Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yağıntılar bəzi...

Bağla