PKK TERROR TƏŞKİLATI ÖZÜNÜ BURAXDIĞIINI AÇIQLAYIB

0

Türkiyədə separatçı PKK terror təşkilatı özünü buraxdığıını aşıqlayıb. Ötən həftə qruplaşmanın qurultayını topladığını açıqlayan terror təşkilatı qurultayın yekun bəyannaməsini dərc edib. Terror təşkilatı özünü ləğv etdiyini və silahlarını yerə qoyduğunu rəsmən açıqlayıb.

Açıqlamada, ”PKK-nın Fövqəladə 12-ci Qurultayında PKK mübarizəsinin kürd problemini demokratik siyasət yolu ilə həll edəcək səviyyəyə gətirdiyi və bu baxımdan PKK-nın öz tarixi missiyasını başa vurduğu qiymətləndirilib. Bu əsasda PKK-nın 12-ci Qurultayında Abdullah Öcalanın rəhbərlik edəcəyi və həyata keçirəcəyi əməli proseslə PKK-nın təşkilat quruluşunun ləğvi və silahlı mübarizə üsuluna son qoyulması, bununla da PKK adı altında aparılan işlərə son qoyulması qərara alınıb.”

Bəyannamədə “türk-kürd münasibətlərinin yenidən qurulması” tələb olunur.

Terror təşkilatı tərəfindən verilən açıqlamada “Hər kəsi sülh və demokratik cəmiyyət prosesində iştirak etməyə çağırırıq” ifadəsi işlədilib.

Xatıırladaq ki, bu  proses MHP sədri Dövlət Baxçalının 22 oktyabr 2024-cü ildə etdiyi çağırışla başlayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ ÇAYLARDA SULULUQ ARTIB

Bəzi çaylarda sululuq artıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Katexçay və Vəlvələçayda...

Bağla