Prezident İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışını ediblər

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım burada görülmüş işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunmuş fərdi evlərdə yaradılan şəraitə baxıb, körpələr evi-uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan: Xəzərdə Zəngəzur mərkəzli olmaqla dəhlizləri strateji tərəfdaşlarla birlikdə inşa edəcəyik

Bəsrə körfəzində (Kəngər körfəzini nəzərdə tutur-red.) Əl Fav və Xəzərdə Zəngəzur mərkəzli olmaqla Asiya, Orta Şərq, Avropa arasında inkişaf və...

Bağla