Qəzzada atəşkəslə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub

0

Qəzzada atəşkəslə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O, bugünkü danışıqlarda razılıq əldə olunarsa, tərəflərin atəşkəs elan edə biləcəyi ehtimalını yüksək dəyərləndirib.

“Qəzza üzrə danışıqlar yeni mərhələyə keçib. Əgər bu gün razılıq əldə olunarsa, Qəzzada atəşkəs elan olunacaq. Müsbət xəbərlər çıxsa, bu, razılığın əldə olunması istiqamətində ilk addım olacaq”, – o bildirib.

Nazir qeyd edib ki, danışıqlarda atəşkəs, girov və əsir mübadiləsi, əlavə yardım, İsrail qoşunlarının anklavdan çıxarılmasının qrafiki müzakirə olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ VAŞİNQTONDA BİR SIRA GÖRÜŞLƏR KEÇİRİB

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vaşinqtonda ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri ilə görüşüb. Görüşdə çıxış edən A....

Bağla