QƏZZADA ÖLƏNLƏRİN SAYI 53 MİNƏ ÇATIR

0

İsrailin Qəzza zolağının şimalında məktəb binasına endirdiyi hava zərbəsi nəticəsində azı 15 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələri Fələstin anklavının şimalında yerləşən Cəbəliya şəhərindəki qızlar məktəbinə silsilə zərbələr endirib. Bombalama nəticəsində içərisində uşaqlar da daxil olmaqla ən azı 15 sakin həlak olub.

Kanal həmçinin bildirib ki, son 24 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində ən azı 40 fələstinli ölüb, 80-dən çox insan yaralanıb.

Bundan sonra 2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin başlamasından bu yana bölgədə ölənlərin ümumi sayı 52 829 nəfərə yüksəlib, hərbi əməliyyatlar zamanı daha 119 554 fələstinli yaralanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RAYONLARDA SULU QAR YAĞACAQ, BƏZİ ÇAYLARDA SEL OLACAQ – XƏBƏRDARLIQ

Şimal və qərb rayonlarından mayın 11-i günün ikinci yarısı başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq. Milli Hidrometeorologiya Xidmətindən...

Bağla