QƏZZAYA 1 MİLYON İNSAN ÜÇÜN ƏRZAQ ÇATDIRILIB

0

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağına 1 milyon insan üçün ərzaq çatdırıb.

“Report”un məlumatına görə, bu barədə qurumun “X”dəki səhifəsində yayılmış bəyanatında bildirilib.

“Atəşkəs razılaşmasının ilk günlərində UNRWA bir milyon insanı – anklav əhalisinin yarısını yedirtmək üçün kifayət qədər ərzaq gətirdi. Bizim onları çatdırmaq üçün ehtiyatlarımız, resurslarımız və kadrlarımız var”, – paylaşımda deyilir.

Agentlik həmçinin qeyd edib ki, Qəzza zolağında 75 illik təcrübəyə əsaslanaraq, biliyə, şəbəkəyə malikdir və yardımı bütün regionda effektiv şəkildə paylamaq planları var. “Bizə sadəcə olaraq İsrail hakimiyyətinin yaşıl işığı lazımdır”, – agentlik vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERMƏNİSTANIN GƏNCƏDƏ TÖRƏTDİYİ DÖRDÜNCÜ TERRORDAN BEŞ İL ÖTÜR

Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş...

Bağla