Qəzzaya yardım aparan gəmidə saxlanılan Azərbaycan vətəndaşları geri qaytarılacaq – RƏSMİ

0

Oktyabrın 8-də Qəzzaya humanitar yardım aparan gəmidə saxlanılan Azərbaycan vətəndaşlarının Türkiyəyə geri qayıtması nəzərdə tutulur.

Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

O qeyd edib ki, saxlanılan şəxslər arasında olan 2 nəfər Azərbaycan vətəndaşı – Pərvin Əzimov və Orxan Səmədzadə ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.

“İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur”, – XİN rəsmisi bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Fidan: Türkiyə Qəzza məsələsinin həlli üçün beynəlxalq səviyyədə səy göstərib

Türkiyə Qəzza məsələsinin həlli üçün beynəlxalq səviyyədə səy göstərib. "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan...

Bağla