Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti Zəngəzur dəhlizinin açarı olacaq

0

Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti Zəngəzur dəhlizinin açarı olacaq.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu avqustun 22-də Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi geosiyasi və geostrateji əhəmiyyətə malikdir:

“Bu yol regional və qlobal ticarətə də böyük töhfə verəcək. Layihə Türkiyənin vasitəçilik missiyasını və sülhə töhfəsini bir daha sübut edir. Türkiyə qlobal iqtisadiyyatın gələcəyini düşünən bir baxış ortaya qoyur. Qars bu xəttin dəmirdən qapısı olacaq, İğdır qlobal ticarət məkanına çevriləcək, Aralık və Dilucu isə Zəngəzur dəhlizinin açarı olacaq”.

Nazir bildirib ki, Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttindən daha çox beynəlxalq arenada səs salacaq birliyin, rifahın və sülhün yoludur:

“Bu yol Cənubi Qafqazda iqtisadi əməkdaşlığı artıracaq sərhədlərin açılmasını və diplomatik münasibətlərin normallaşmasını sürətləndirəcək”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə ilə Azərbaycanı birləşdirəcək dəmiryolu xəttinin təməli qoyulub

İğdır şəhərində Zəngəzur dəhlizinin bir hissəsi olan Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməli qoyulub. "Report" xəbər verir ki, bu barədə TRT Haber...

Bağla