QMİ-də şəhid ailələrinin üzvləri və qazilərlə görüş keçirilib

0

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 8 Noyabr – Zəfər Günü ilə əlaqədar şəhid ailələrinin üzvləri və qazilərlə görüş keçirilib.

Görüşdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Qazılar Şurasının və Azərbaycanda fəaliyyətdə olan dini konfessiya rəhbərlərinin Məşvərət Şurasının üzvləri iştirak ediblər.

QMİ sədri şəhid ailələrinin üzvləri və qazilərlə söhbətində bildirib ki, ABŞ-də və Vatikanda iştirak etdiyi tədbirlərdə, Roma papası ilə söhbətində Azərbaycanın 44 günlük müharibədəki Zəfəri haqqında danışıb:

“İnsanlar bu hadisələri dinlədikcə heyrətləndilər. Azərbaycanın qələbəsi bütün dünyada qəbul olunur. Bütün bunlar şəhidlərimizin, qazilərimizin, döyüşçülərimizin sayəsində başa gəlib. Gələcək nəsillər bu qələbə haqqında dastanlar yazacaqlar”.

A.Paşazadə Vətən uğrunda döyüşənlər arasında müxtəlif xalqların nümayəndələrinin olduğunu xüsusi qeyd edib.

Tədbirdə şəhid ailələrinin, qazilərin və döyüşçülərin müraciətləri dinlənilib, onlara hədiyyələr təqdim edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ ƏRAZİLƏRƏ YAĞIŞ, KƏLBƏCƏR, LAÇIN, QUBADLIYA QAR YAĞIR

Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağış, Kəlbəcər, Laçın, Qubadlının yüksək dağlıq ərazilərinə isə qar yağır....

Bağla