QMİ-dən çağırış: Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlində yekunlaşacaq

0

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlindək davam edəcək.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

Onun sözlərinə görə, Həcc ziyarəti üçün Azərbaycana 1300-dək kvota ayrılacaq:

“Hazırda kvotanın təxminən 75 faizi dolub və müraciətlər davam edir. Yerlər məhdud olduğundan Həcc ziyarətinə getmək istəyənlərə müraciətlərini tezləşdirməyi tövsiyə edirik. Çünki bəzi vətəndaşlarımız arxayın olub son anda müraciət edirlər və yerlər dolmuş olur”.

Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Həcc üçün sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyənin energetika nazirləri İğdır-Naxçıvan qaz kəmərinin açılışına qatılacaq

Azərbaycan və Türkiyənin energetika nazirləri Pərviz Şahbazov və Alparslan Bayraktar İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi mərasimində iştirak etmək üçün Türkiyənin...

Bağla