QMİ SƏDRİ BMT BAŞ KATİBİNİ AZƏRBAYCANA DƏVƏT EDİB

0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə BMT Baş katibi Antonio Quterreşi gələn il Azərbaycanda keçiriləcək beynəlxalq tədbirə dəvət edib.

QMİ sədri islamdaxili dialoq və islamofobiya ilə mübarizəyə həsr olunmuş tədbirin gələn il baş tutacağını vurğulayıb.

A.Quterreş Azərbaycanı daha əvvəllər BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olduğu dövrdə bir neçə dəfə ziyarət etdiyini, bu ölkə barədə ən xoş təəssüratlarının olduğunu deyərək orada yenidən olmaqdan məmnunluq duyacağını söyləyib.

Qeyd edilib ki, tədbir Azərbaycanda Müsəlman Ağsaqqalları Şurası, BMT Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə keçiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə...

Bağla