QMİ SƏDRİ G20 DİNLƏRARASI FORUMUNDA İŞTİRAK EDƏCƏK

0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 10-da G20 Dinlərarası Forumunda iştirak etmək üçün Cənubi Afrikanın paytaxtı Keyptaun şəhərinə səfərə gedəcək.

Bu barədə QMİ-nin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, G20 Sammitləri ərəfəsində keçirilən Dinlərarası Forum davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır. G20 Dinlərarası Forumun Bolonya, Bali, Punada keçirilən tədbirlərinin iştirakçısı olmuş Şeyxülislam A.Paşazadə Cənubi Afrika Respublikasındadı növbəti tədbirə G20 Dinlərarası Forumun Prezidenti Kol Dürham tərəfindən dəvət olunub.

10-14 avqust tarixlərində baş tutacaq Keyptaun Forumunun mövzusu “İman fəaliyyətdə”dir. Forumun açılış plenar iclasında çıxış edəcək QMİ sədri Şeyxülislam A.Paşazadənin tədbir çərçivəsində müxtəlif mədəni proqramlarda iştirakı, Forum iştirakçıları və rəsmilərlə görüşləri nəzərdə tutulur.

Azərbaycanı G20 Dinlərarası Forumda, həmçinin, Azərbaycan Milli Məclisinin deputatları, habelə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov təmsil edəcəklər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Avqustun 8-i Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq

Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi...

Bağla